• $
  • €
  • ₽
  • ₺
  • £

8 klub cəzalandırıldı

8 klub cəzalandırıldı
09.12.2014 15:39
 AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsi və Topaz Premyer Liqasının XV turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Qurum 8 klubu ümumilikdə 10520 manat cərimələyib.

 Kuboku "Neftçi”  – "Qaradağ Lökbatan” matçında qırmızı vərəqə alan Kaue da Silva meydan sahiblərini 2000 manat ziyana salıb. Braziliyalının özü isə 2 oyun cəzalanıb.

"Neftçala”  – AZAL oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. "Neftçala”nın futbolçusu Elvin Adışirinli və AZAL-ın üzvü Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər ikisi 2 oyun cəzalanıb. Bundan başqa, qonaqlar 2000, meydan sahibləri 200 manat cərimələnib.

"Simurq”  – "Rəvan” görüşündə qonaqların oyunçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 20 manat ziyana salıb.

"Sumqayıt”  – "Bakı”  matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. "Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Bakı”  klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha ağır cəza alıb - 2 oyun və 2000 manat.

Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran” – "Qəbələ” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Matçın 58 və 82 - ci dəqiqələrində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib.

"Qarabağ” – "Neftçi” qarşılaşmasında qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat xərcə düşüb.

 ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol