• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası: NƏTİCƏLƏR

Çempionlar Liqası: NƏTİCƏLƏR
10.12.2014 09:11
Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə,  A, B, C və D qruplarının  görüşləri oynanılıb.
 
A qrupunda "Yuventus” səfərdə "Atletiko”nun qonağı olub. Artıq Madrid klubu "pley-off”a vəsiqəni təmin edib. "Yuventus” isə 1/8 finala çıxmaq üçün ən azı "Atletiko”dan bir xal almalı idi ki, bunu dabacarıb - 0:0. Qrupun digər oyununda ”Olimpiakos” evdə "Malmö”yə 4:2 hesabı ilə qalib gəlib.  

B qrupunda "Real” "Ludoqorets”i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. "Liverpul” isə  "Bazel”i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.

C qrupunda "Zenit” "Monako”nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. "Benfika” isə evdə "Bayer” (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb.

Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutub. Burada "Qalatasaray” "Arsenal”ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan "Cim-bom” bugünkü görüşdə təsəlli qələbəsini qazanmağa çalışsa da, bunu bacarmayıb - 1:4. Qrupun digər oyununda Dortmund "Borussiya”sı "Anderlext”i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" 9İngiltərə) klubları 1/8 finala yüksəliblər.

9 dekabr

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) - 0:0

23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç) - 4:2
Qollar: Fuster, 22 (1:0), Kron, 59 (1:1), Dominqez, 63 (2:1),Rosenberq, 81 (2:2), Mitroğlu, 89 (3:0), Affelay, 90 (4:0)
Qırmızı vərəqə: Adu, 90+3 ("Malmö")

B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: Fray, 25 (0:1), Cerard, 81 (1:1)
Qırmızı vərəqə: Markoviç, 60 ("Liverpul")

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) - 4:0

Qollar: Ronaldo, 20-pen (1:0), Beyl, 38 (2:0), Arbeloa, 80 (3:0), Medran, 88 (4:0)
Qırmızı vərəqə: Marselinyo, 19 ("Ludoqorets")


C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya) - 2:0
Qollar: Abdennour, 63 (1:0), Fabinyo, 89 (2:0)

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) - 0:0
Qırmızı vərəqə: Toprak, 90+1 ("Bayer", Leverkuzen)

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya)  - "Anderlext" (Belçika) - 1:1

Qollar: İmmobile, 58 (1:0), Mitroviç, 84 (1:1)

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 1:4
Qollar: Podolski, 3 (0:1), Remzi, 11, 29 (0:3), Sneyder, 89 (1:3), Podolski, 90+3 (1:4)
 

E qrupu

23:45. "Bavariya" (Almaniya)  - CSKA (Moskva, Rusiya)

23:45. "Roma" (İtaliya) - "Mançester Siti" (İngiltərə)


F qrupu

23:45. "Barselona" (İspaniya) -  PSJ (Fransa)

23:45. "Ayaks" (Hollandiya)  - APOEL (Kipr)


G qrupu

23:45. "Maribor" (Sloveniya) - "Şalke" (Almaniya)

23:45. "Çelsi" (İngiltərə)  - "Sportinq" (Portuqaliya)

H qrupu

23:45. "Atletik" (Bilbao, İspaniya) -  BATE (Belarus)

23:45. "Portu" (Portuqaliya) -"Şaxtyor" (Donetsk, Ukrayna)

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol