• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqası - Nəticələr

Çempionlar Liqası  - Nəticələr
11.12.2014 09:09
Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.  
 
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, daha 4 qruda 8 qarşılaşma başa çatıb. E qrupunda "Mançester Siti” səfərdə "Roma”nı 0:2 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. "Bavariya” isə doğma publika önündə MOİK-ə heç bir şans verməyib – 3:0.

"Barselona” və PSJ qrup liderliyi uğrunda mübarizə aparıb. Öncədən növbəti mərhələyə vəsiqəni təmin edən tərəflərin duelində Kataloniya klubu 3:1 hesabı ilə qalib gələrək, ilk pillənin sahibi olub. Qrupun digər matçında APOEL ilə "Ayaks” Avropa Liqasına vəsiqə uğrunda döyüşüb. Burada hollandiyalılar rəqibinə divan tutub – 4:0.

G qrupunun lideri "Çelsi” Londonda "Sportinq”i qəbul edib. Bu görüşdə portuqaliyalılara 1 xal lazım idi ki, növbəti mərhələyə keçsin. Lakin "zadəganlar” öz meydanında uduzmayıb. Qarşılaşma 3:1 hesabı ilə başa çatıb. "Şalke” isə səfərdə "Maribor”u məğlub etməklə (0:1) adını növbəti mərhələyə yazdırıb.

H qrupunun lideri "Porto” ilə ikinci pillənin sahibi "Şaxtyor”la qarşılaşıb. Formal xarakter daşıyan matçda qalib müəyyənləşməyib – 1:1. Əsas diqqətlər Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda "Atletik” - BATE oyununda olub. Burada isə basklar rəqibini 2:0 hesabı ilə üstələyib.

Beləliklə, "Atletiko”, "Yuventus”, "Real”, "Bazel, "Monako”, "Bayer”, "Borussiya”, "Arsenal”, "Bavariya”, "Mançester Siti”, "Barselona”, PSJ, "Çesli”, "Şalke”,  "Porto” və "Şaxtyor” 1/8 finalda mübarizə aparacaq.

"Olimpiakos”, "Liverpul”, "Zenit”, "Anderlext”, "Roma”, "Ayaks”, "Sportinq” və "Atletik” isə Avropa Liqasnda çıxış edəcək.


Çemionlar Liqası VI tur

E qrupu
"Bavariya” – MOİK - 3:0
"Roma” – "Mançester Siti” - 0:2

F qrupu
"Barselona” – PSJ - 3:1
"Ayaks” – APOEL - 4:0

G qrupu
"Çelsi” – "Sportinq” - 3:1
"Moribor” – "Şalke” - 0:1

H qrupu
"Portu” – "Şaxtyor” - 1:1
"Atletik" – BATE - 2:0
 
ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol