İspaniya mətbuatı: "Qarabağ haqsız olaraq yarışdan kənarlaşdırıldı"

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”- "İnter” oyunundakı hakim ədalətsizliyi İspaniyanın idman xəbərləri üzrə ixtisaslaşmış ən məşhur media qurumu "Marca”nın da diqqətini cəlb edib. Oyundan dərhal sonra ispan nəşrinin rəsmi internet səhifəsində "Qarabağ” "İnter”ə qarşı oyunda haqsız olaraq yarışdan kənarlaşdırıldı” başlığı ilə xəbər dərc olunub.
"Marca” "Qarabağ”ın tarix yazmaq üçün meydanda əlindən gələni etdiyini qabardıb. Müəllif 94-cü dəqiqədə Azərbaycan təmsilçisinin vurduğu qolu ətraflı təsvir edir.
Həmçinin qol epizodunun fotosunun da yerləşdirildiyi materialda deyilir: "Şəkildən də gördüyünüz kimi, Riçard düzgün mövqedədir və qol hesaba alınmalı idı. Hakim yerli futbolçuların xahişlərinə məhəl qoymadı və "Qarabağ”ın Avropa xəyalı mümkün ola biləcək ən pis formada sona çatdı”. //azertag.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək