• $
  • €
  • ₽
  • ₺
  • £

“NTV-Plyus Futbol”: “Qarabağ”ı öldürdülər”

“NTV-Plyus Futbol”: “Qarabağ”ı öldürdülər”
12.12.2014 13:40
"Qarabağ”ı öldürdülər, öldürdülər”.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış futbol şərhçisi Georgi Çerdantsev deyib.

"NTV-Plyus Futbol” kanalı ilə Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarını şərh edən ekspert Bakıda keçirilən "Qarabağ”  (Azərbaycan) – "İnter” (İtaliya) oyununa da toxunub.

O, son dəqiqələrdə rəqib qapısına yol tapan Riçard Almeydanın qolunun sayılmamasını ədalətsizlik hesab edib, təmsilçimizin çıxışını dəyərləndirib: "Qarabağ” da Rusiya "Krasnodar”ı kimi qrup mərhələsinin debütantıdı. Buna baxmayaraq, "Qarabağ” çox güclü qrupda 6 xal topladı. Elə "Krasnodar” kimi. Hərçənd, Azərbaycan və Rusiya çempionatlarını müqayisə etmək tam düzgün deyil”.

Verilişə qatılan Kirill Dementyev də Mioslav Zelinkanın rəhbərlik etdiyi çexiyalı hakimlərin ədalətsizliyindən danışıb: "Düşünürəm ki, "Qarabağ” – "İnter” oyununun hakimliyi uzun müddət müzakirə olunacaq. Amma nəticə əlbəttə ki, dəyişməz qalacaq”.

Aparıcı Sergey Akulinin 0:0 hesabı ilə başa çatan qarşılaşmanın sonunda yaşananları şərh edib: "Qrup mərhələsinin debütantı olan "Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsinə çıxmağa çalışırdı. Bu da onlarda demək olar ki, alındı. Oyuna artırılan vaxtda top "İnter”in oyunçusunun ayağından sıçrayıb qapıya daxil oldu. Lakin yan xətt hakimi elə hesab etdi ki, son toxunuş "Qarabağ”ın futbolçusundan olub. Bu səhv olmasaydı, "Qarabağ” növbəti mərhələyə keçəcəkdi”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol