• $
  • €
  • ₽
  • ₺
  • £

Messinin rekordunu yenilədiyi futbolçular

Messinin rekordunu yenilədiyi futbolçular
16.12.2014 20:32
"Barselona" klubunun hücumçusu Lionel Messi bir sıra rekordları ilə diqqət mərkəzinə düşüb.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, argentinalı futbolçu geridə qalan 10 il ərzində bir sıra oyunçuların rekordlarını yeniləyib.

Messinin rekordunu yenilədiyi futbolçuların siyahısı belədir:

1. Messi "Qızıl top" mükafatını 4 dəfə qazanan ilk futbolçu olub. Ona qədər Yohan Kroyf, Marko van Basten və Mişel Platini 3 dəfə "Qızıl top" mükafatına yiyələnib.
2. 2012-ci ildə "Barselona" forması altında 91 qol vuran Messi Qerd Mülleri (85 qol) geridə qoymaqla Ginnesin rekordlar kitabına düşüb.
3. Çempionlar Liqasında 76-cı qolunu vuran Messi "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi (71 qol) geridə qoyub.
4. La Liqada 253 qol vuran Messi keçirdiyi 278 oyunda 251 dəfə fərqlənən "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarranı geridə qoyub.
5. 2011/2012 mövsümündə İspaniya La Liqasında 50 qol vuran Messi "Dinamo" (Buxarest) klubunun sabiq hücumçusu Dudu Qeorqeskunu (1976/77 mövsümündə 47 qol vurub) geridə qoyub.
6. "Barselona"da keçirdiyi 291 rəsmi oyunda 256 qol vuran Messi bu göstərici ilə komandanın sabiq hücumçusu Sezar Rodriqez Alvaresi (287 oyuna 192 qol) geridə qoyub.
7. "Barselona" forması ilə avrokuboklarda 80 qol vuran Messi komandanın sabiq futbolçusu Rivaldonu (31 qol) geridə qoyub.
8. "El-Klassiko"da 21 qol vuran Messi "Real" (Madrid) klubunun canlı əfsanəsi Alfredo di Stefanonu (18 qol) geridə qoyub.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol