"Liverpul"da ciddi itki

İngiltərə Liqa kubokunda "Bornmut"la qarşılaşacaq "Liverpul" klubu ciddi itki ilə üzləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı müdafiəçisi Qlen Conson zədələnərək sıradan çıxıb.
"Mançester Yunayted"lə görüşdə qasıq nahiyyəsindən zədələnən futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Consonla yanaşı, zədədən yeni qayıdan Mario Balotelli də bugünkü oyunda iştirak etməyəcək.
Qeyd edək ki, "Bornmut" - "Liverpul" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək