Daha bir futbolçu “Xəzər Lənkəran”ı tərk edir

Heyətində ciddi islahatlar aparan "Xəzər Lənkəran” yerlilərlə yanaşı, bir neçə əcnəbi futbolçusu ilə də yollarını ayırır.
ANN.Az Apasport.az xəbər verir ki, cənub klubunu tərk edəcəyi gözlənilən oyunçulardan biri də Vyekoslav Tomiçdi.
Xorvatiya mətbuatı Tomiçin Split "Hayduk”unun maraq dairəsində olduğunu yazıb. Lakin 31 yaşlı qolkiper xorvat klubu üçün alternativ variantdı. "Hayduk” ilk növbədə "RNK Split”in formasını geyinən Andrey Vukoviçi transfer etmək niyyətindədi. Əgər 31 yaşlı qapıçı ilə razılıq əldə olunmazsa, o zaman Tomiçlə danışıqlara start veriləcək.
Qeyd edək ki, Vyekoslav Tomiç 2007-2010-cu illərdə "Hayduk”da çıxış edib. Andrey Vukoviç isə məhz "Hayduk”un yetirməsidi.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























