Fernando Torres İspaniyaya qayıdır

İtaliyanın "Milan" komandasında icarə əsasında forma geyinən futbolçu Fernando Torres qış fasiləsindən sonra İspaniya "Atletiko"suna qayıdacaq.
ANN.Az "Report"a istinadən xəbər verir ki, müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan futbolçunun xidmətində "Liverpul" da maraqlıdır.
"Atletiko", "Milan" və "Çelsi" arasında olan anlaşmaya əsasən, 30 yaşlı futbolçunun gələn həftədən Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin sərəncamında olacağı bildirilir. Müqavilə müddəti isə 2016-cı ilin iyununa qədər olacaq.
Qeyd edək ki, futbolçu "Milan"da xoşbəxt olmadığını, "Çelsi"yə qayıtmaq istədiyini söyləsə də, "zadəganlar"ın baş məşqçisi Joze Mourinyo Fernando Torresə heyətdə yer olmadığını bildirmişdi.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək