Millimizə qol vurdu, "İlin futbolçusu" seçildi

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının liderlərindən olan Luka Modriç növbəti mükafatını qazanıb.
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, İspaniya "Real”ında çıxış edən yarımmüdafiəçi ölkəsində "İlin futbolçusu” seçilib.
Ardıcıl 2-ci dəfə bu mükafata yiyələnən 29 yaşlı Modriç səsvermədə 109 xal toplayıb. İspaniya "Atletiko”sunda çıxış edən Mario Mancukiç 96, "Barselona”lı İvan Rakitiç 82 səs qazanıb.
Qeyd edək ki, oktyabrın 13-dəki seçmə oyununda yığmamızı 6:0 hesabı ilə məğlub edən Xorvatiyanın qollarından birini Luka vurmuşdu.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək