• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlandı

Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlandı
29.12.2014 19:24
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanı 330 idmançı təmsil edəcək.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, həmin idmançılar bütün növlərdə mübarizə aparacaqlar. Amma bəzi növlər üzrə yarışlarda obyektiv səbəblərdən Azərbaycan təmsilçisi yer almayacaq. A.Rəhimov ümumi komanda hesabında ən azı ilk "10-luğ"a düşməyi hədəflədiklərini söyləyib: "Bəzi idman növlərində biz birinci yerə ümid edə bilərik. Amma bu, idmandır. Zemfira Meftahəddinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarına güzəştli vəsiqə ilə getmişdi, olimpiya çempionu kimi qayıtdı. Bizim üçün "ilk 10-luğ"a girmək heç də pis nəticə sayılmayacaq".

Nazir olimpiada zamanı nümunəvi xarakterli proqramın da təşkil olunacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bodibildinq, açıq suda üzgüçülük və mədəniyyət proqramı da tamaşaçılara təqdim olunacaq.

A.Rəhimov Avropa Oyunlarının gəlirlərinin bir neçə sahədən əldə olunacağını açıqlayıb: "Gəlir sponsorlardan əldə oluna bilər. Hələlik 6 baş sponsor var, 2 sponsor üçün yer boşdur. Onlardan 5 - 10 milyon gəlir daxil olacaq. Əlavə dəstəkçilərimiz də olacaq. Eyni zamanda, əcnəbi telekanallardan hər biri 50 mindən 200-300 minə qədər olmaqla, ödənişlər ediləcək. Bilet satışından da gəlir gözlənilir. Suvenirlərin satışı ilə xüsusi lisenziya alan şirkət məşğul ola bilər. Yerli telekanallara isə ödəniş üçün şərt qoyulmayacaq".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol