İtalyanlar "Qalatasaray"ın iki ulduzunu alır

"Qalatasaray"ın iki oyunçusu italyan klublarına transfer olacaq.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, belə bir iddia İtaliya mətbuatında yer alıb. Məlumata görə, Sneyder "Yuventus"a,
Pandev isə "Cenoa"ya transfer olacaq.
"Corriere dello Sport" nəşrinin iddiasına görə, "Yuventus" klubu Sneyderi transfer siyahısının ilk pilləsinə qoyub. İtalyan klubunun baş məşqçisi Massimiliano Allegri heyətində dəyişiklik aparmaq niyyətindədir və Sneijderin təcrübəsindən yararlanmaq istəyir. Hollandiyalı ulduzun isə "Qalatasaray" ilə 2016-cı ilə qədər müqaviləsi var. Müqavilənin ləğv edilməsi isə 20 milyon avrodur.
Digər bir transfer iddiası isə Pandevin "Cenoa"ya keçidi ilə bağlıdır. İtalyan mətbuatı "Genoa"nın futbolçunu qış transfer dövründə heyətinə qatmaq istədiyini ifadə edib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək