"Baş məşqçi vəzifəsinə dörd namizədimiz var” - Şahin Diniyev

Məşqçilər Komitəsi U-21-in baş məşqçi vəzifəsinə namizədlərini AFFA rəhbərliyinə təqdim edib.
Qol.Az-ın xəbərinə görə, bu haqda Futbolxeber.az saytına müsahibəsində Komitənin üzvü, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev məlumat verib:
"Məşqçilər Komitəsi olaraq bizim istəyimiz odur ki, aşağı yaş qrupu üzrə milli komandaların hamısının baş məşqçisi yerli mütəxəssis olsun. U-21-ə gəldikdə isə konkret dörd namizədimiz var. Onların adlarını AFFA rəhbərliyinə təqdim etmişik. Seçimi isə rəhbərlik edəcək”
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























