"İnter" ulduz futbolçunu aldı

"Arsenal"ın ulduz futbolçusu Lukas Podolski "İnter"ə transfer olub.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İtalyan klubu rəsmi olaraq futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb. Bu açıqlamadan sonra Podolski müqavilə imzalamaq üçün Milana yollanıb.
Qış transfer dövründə adı ən çox gündəmə gələn Podolski Roberto Mançini ilə yenidən işləmək şansı əldə edib. Yeni ildən etibarən İtaliya liqasında "İnter"in forrmasını geyəcək futbolçu klubda icarə əsasında çıxış edəcək.
Razılığa əsasən 6 aylıq "İnter"in formasını geyəcək futbolçu Milanda sağlamlıq testindən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Podolski 6 yanvardakı "İnter" - "Yuventus" matçında oynaya biləcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























