• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ" UEFA Kubokunun qalibini transfer etdi

"Qəbələ" UEFA Kubokunun qalibini transfer etdi
06.01.2015 10:05
Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan "Qəbələ” növbəti transferini gerçəkləşdirib.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan "qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.

"Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri "Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi "Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl (2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13), 5 gümüş (2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09) medal qazanan Qay 7 dəfə (2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13) ölkə kubokunun qalibi, 3 dəfə (2002/03, 2006/07, 2008/09) finalçısı olub. 2008/09 mövsümündə isə "Şaxtyor”un heyətində UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə "İliçevets”in formasını geyən Qay 2013-cü ilin yayından "Qəbələ”yə keçənədək "Çernomorets”də çıxış edib.

Qeyd edək ki, 2003-11-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol