"Mançester Siti"dən ilk transfer

"Mançester Siti" klubu 2015-ci ildə ilk transferini gerçəkləşdirib.
Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Suonsi"nin hücumçusu Vilfrid Bonini transfer edib.
Bu transfer "Mançester Siti"yə 30 milyon avroya başa gəlib. 26 yaşlı futbolçu yeni komandasında həftəsinə 75 min funt-sterlinq qazanacaq. Fil Dişi Sahili yığmasının heyətində Afrika Millətlər kubokunda iştirak edəcək Boni turnirdən sonra İngiltərəyə gedərək "Mançester Siti" ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 2013-cü ildə 12 milyon funt qarşılığında "Vitesse"dən "Suonsi"yə keçən Boni Premyer Liqada vurduğu 20 qolla 2014-cü ilin ən məhsuldar futbolçusu olub.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək