Kasilyas: "Ançelotti Mourinyodan daha yaxşı məşqçidir"

Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas sabiq baş məşqçisi Joze Mourinyo haqda danışıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, ispaniyalı qolkiper "COPE"yə açıqlamasında hazırkı çalışdırıcısı Karlo Ançelottinin Mourinyodan daha yaxşı məşqçi olduğunu bildirib:
"Ançelotti Mourinyodan daha yaxşı məşqçidir. Mourinyo burada olduğu müddətdə danışmaq imkanımız olmurdu. Eyni komandanın uğuru üçün çalışırdıq, ancaq bir-birimizdən uzaq idik. Onun sayəsində özünəinamımı qaytardım. Ümid edirəm, yeni komandasında hər şey ürəyincə olar. Bir gün yenidən birgə işləməyimiz lazım gələrsə, ona əlimi uzadaram. Əlimi sıxıb-sıxmayacağı ondan asılıdır. Lakin məncə, Mourinyo ona uzadılan əli boş çevirəcək insan deyil".
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"da Kasilyasla birgə çalışıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək