"Ronaldo "Qızıl top"u qazanmağa layiq idi" - Messi

"Ötən il şəxsən mənim və komandam üçün çətin keçdi. Ən yaddaqalan hadisə isə dünya çempionatının finalı oldu. Təəssüf ki, biz qalib gələ bilmədik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi ilin ən yaxşılarının mükafatlandırılmasından sonra "France Football"a açıqlamasında deyib.
Argentinalı futbolçu Ronaldonun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib: "2014-cü il artıq geridə qaldı. Gələcəyə baxmaq lazımdır. Ümid edirəm ki, bu il də kuboklar uğrunda mübarizə aparacağıq. Ronaldo "Qızıl top"u qazanmağa layiq idi. O, ili əla keçirdi".
Qeyd edək ki, səsvermədə səsvermə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayan Ronaldo bununla da, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























