• $
  • €
  • ₽
  • ₺
  • £

Teymur Məmmədov Azərbaycan çempionu oldu

Teymur Məmmədov Azərbaycan çempionu oldu
14.01.2015 09:12
Şağan Olimpiya Kompleksində boks üzrə böyülkər arasında ölkə çempionatına yekun vurulub.

ANS PRESS-in məlumatına görə, 49 kq çəki dərəcəsində gözlənildiyi kimi Salman Əlizadə qalib gəlib. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib.

Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə 52 kq çəki dərəcəsində 1-ci yeri tutmaqla, turnirin sensasiyalarından birinə nail olub. "Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan kubokunun qalibi Araz İmaməliyevi üstələyib.

İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi (56 kq) Azərbaycan çempionatının tapıntısı saymaq olar. 17 yaşlı boksçu finalda da inamlı təsir bağışlayaraq, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. .

60 kq çəki dərəcsində Elvin İsayev hamıdan güclü olduğunu bir daha sübut edib. "Gilan” klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb.

64 kq çəki dərəcsində Elnur Əluyev 1-ci, Xəzər Əliyev isə 2-ci nəticə göstərib.

69 kq çəki dərəcəsində Elvin Quliyev mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Roman Zakirov zədələndiyi üçün rinqə çıxa bilməyib.

WSB liqasından yaxşı tanıdığımız Haybulla Musalovla (75 kq) Kamran Şahsuvarlının görüşü böyük maraq doğururdu. "Gilan” klubunu təmsil edən Musalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

81 kq çəki dərəcəsində prinsipial rəqiblər Rauf Rəhimovla Vətən Hüseynlinin duelindən birinci qalib ayrılıb.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.

Ümumkomanda hesabında "Rabitə” 1-ci, "Gilan” 2-ci, "Neftçi” isə 3-cü yeri tutub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol