• $
  • €
  • ₽
  • ₺
  • £

Zabit Səmədov: “Döyüşümüz asan olmayacaq”

Zabit Səmədov: “Döyüşümüz asan olmayacaq”
14.01.2015 09:57
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov 2014-cü ilin yekunları barədə danışıb.

ANN.Az Sportpress.az-a istinadən xəbər verir ki, məşhur idmançımız müsahibəsində ötən ili karyerası üçün müsbət qiymətləndirib.

"2014-cü il karyeramda yaxşı və müəyyən mənada pis izlər qoydu. İl ərzində 3 görüş keçirdim. Hər üç görüşdə qələbə qazandım. İl ərzində daha çox görüş keçirə bilərdim. Təkliflər olsa da zədəm buna imkan vermədi. Bir müddət zədəli olduğum üçün özümü qorumağa məcbur oldum. Bununla belə 2014-cü ili karyeram üçün müsbət qiymətləndirirəm. Ümid edirəm 2015-cü il daha uğurlu olacaq”, - deyə o bildirib.

2014-cü ildə keçirdiyi görüşləri yada salan Səmədov hər birinə yaxşı hazırlaşdığını bildirdi: "Əvvəlcə Qroznıda alman Stefan Lekoya qarşı mübarizə apardım. Ardınca isə Dubay və Tokioda çətin görüşlərim oldu. Dubaydakı turnirdən əvvəl zədə alsamda sona qədər döyüşdüm. Zədə istədiyim döyüşü göstərməyə imkan verməsə də rəqibə qələbə qazanmağa imkan vermədim. Yaponiyadakı görüşlə bağlı uzun müddət təkliflər var idi. Sadəcə dekabrdakı görüşə razılıq verdim”.

2015-cü ildə Zabit Səmədovun ilk sınağı Türkiyədə olacaq. Fevralın 28-də Səmədov türk idmançısı Mert Akinə qarşı mübarizə aparacaq. Təmsilçimiz rəqibi belə xarakterizə etdi: "Türkiyədə yerli idmançıya qarşı mübarizə aparmaq asan deyil. Doğma azarkeşlər hər zaman yerli idmançını dəstəkləyir. Digər maraqlı məqam bizim çəkilərimizdə olan fərqdir. Mert Akin gənc idmançıdır, özü də 120 kq-dır. Mənim çəkim isə 93 kq-a yaxındır. Hazırda bərpa məşqlərindəyəm. Təxminən 1 həftə sonra döyüşə hazırlığa başlayacam”.

2015-ci ildəki döyüşləri barədə hələlik danışmayan Zabit Səmədov gələcəkdə Azərbaycanda keçiriləcək turnirdə döyüşmək istədiyini açıqladı: "Hazırda il təzə başlayıb. Bütün fikrim Türkiyədə keçiriləcək turnirə yönəlib. Akinlə görüşümüz gecənin əsas döyüşüdür. Bundan sonra növbəti yarışlar haqda danışmaq olar. Gələcəkdə çox istərdim yenidən Bakıda keçiriləcək yarışda mübarizə aparım. Doğma Vətəndə rinqə çıxmaq ikiqat məsuliyyətlidir. Amma məni sevənlərin qarşısında mübarizə aparmaq istərdim”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol