• $
  • €
  • ₽
  • ₺
  • £

Ronaldo: "Özümü 25 yaşında hiss edirəm"

Ronaldo: "Özümü 25 yaşında hiss edirəm"
14.01.2015 13:22
"Qızıl top"u qazanmaq üçün çox çalışmışdım. Bu mükafat mənim ötən il yaxşı oynadığımın sübutudur.

"Qızıl top"u yenidən qazanmaq istəyirəm. Əvvəllər üç dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyimi düşünmürdüm. Formada qalmaq çox çətindir.Səkkiz ildir ki, ard-arda ilin rəmzi komandasında və ən yaxşı üç futbolçusu arasında yer alıram və buna görə də qürur hissi keçirirəm. Çünki bu, hər bir futbolçunun qazana biləcəyi uğur deyil. Mən və Messidən başqa həmin nailiyyətləri əldə edən futbolçu yoxdur".

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo "Qızıl top"u qazandıqdan sonra FİFA-nın saytına açıqlamasında deyib.

O bildirib ki, uğurlar əldə etməsinə baxmayaraq, hələ də özünü dünyanın əfsanəvi futbolçuların biri hesab etmir:

"Klubumla və fərdi mükafatlar qazansam da, hələlik unutulmazlar arasında deyiləm".

K.Ronaldo bundan sonra 5-7 il daha futbol oynamağa davam edəcəyini də söyləyib: "29 yaşım var, ancaq özümü 25 yaşında hiss edirəm. 5-7 il də futbol oynamağı düşünürəm. Bəlkə də 40 yaşıma kimi karyeramı davam etdirə bilərəm. Ancaq bu, həmin vaxt yaxşı formada olub-olmamağımdan asılıdır".

Ötən il Portuqaliya millisindəki çıxışını dəyərləndirən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi bildirib ki, millidəki oyununa görə peşman deyil:

"Çempionlar Liqasının finalında "Atletiko"ya qarşı matçda zədələnmişdim. Həmin oyundan sonra iki həftə dincəldim, amma zədəm hələ sağalmamışdı. O zaman baş məşqçimə məni milliyə çağırmamasını söyləyə bilərdim.  Ancaq belə etmədim.  Çünki dünya çempionatında oynamasaydım, tənqid olunacaqdım.  Dünya çempionatında zədəli olduğuma görə bütün gücümlə oynaya bilmədim.  Mən öz zəhmətimlə uğurlar qazanmışam və ötən ilin ən yaxşısı olduğum üçün "Qızıl top"u qazandım".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol