• $
  • €
  • ₽
  • ₺
  • £

Messi və Ronaldo birlikdə oynamaq istəyirlər

Messi və Ronaldo birlikdə oynamaq istəyirlər
14.01.2015 21:41
Planetin ən yaxşı futbolçuları _ "Barselona”nın hücumçusu Lionel Messi və "Real”ın forvardı Kriştianu Ronaldu eyni klubda oynamaq istədiklərini bildiriblər.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, 2014-cü ilin yekunlarına görə "Qızıl top” mükafatına layiq görülmüş Kriştianu Ronaldu prestijli mükafat uğrunda mübarizədə əsas rəqiblərini – Münxenin "Bavariya” komandasının qapıçısı Manuel Noyeri və Kataloniyanın "Barselona” klubunun forvardı Lionel Messini öz komandasında görmək istədiyini bildirib.

FİFA-nın rəsmi saytı portuqaliyalı hücumçunun bu sözlərini sitat gətirir: "İstərdim ki, Messi və Noyer mənim komandama qoşulsunlar. Əgər biz üçümüz bir komanda heyətində çıxış etsəydik, əla olardı”. Kataloniya klubunun hücumçusu etiraf edib ki, o da Kriştianu ilə eyni klubda oynamağa etiraz etmir, hərçənd, onların birlikdə oynaması hər ikisi üçün çətin olar.

Messi deyib: "Düşünürəm ki, bizim birlikdə oynamağımız hər ikimiz üçün çətin olar, lakin onunla eyni komandada çıxış etmək istərdim”.

Qeyd edək ki, Messi ilə "Barselona”nın baş məşqçisi Luis Enrike arasında münaqişə və argentinalı futbolçunun vergilərlə bağlı problemləri onun Kataloniya klubundan bəlkə də gedəcəyi barədə şayiələrə səbəb olub.

Bu günlərdə İsveçrənin Sürix şəhərində "Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Futbolda əsas fərdi priz sayılan bu mükafat ilin yekunlarına görə ən yaxşı oyunçuya verilir. Bu dəfə Ronaldu öz rəqiblərini xeyli qabaqlayaraq qalib gəlib.

"Real”ın hücumçusu dalbadal ikinci dəfə ən yaxşı futbolçu hesab edilib. Ümumiyyətlə, Ronaldu bu mükafata üç dəfə layiq görülüb. Messi isə hələlik portuqaliyalıdan irəlidədir. "Barselona”nın forvardı dalbadal dörd dəfə planetin ən yaxşı futbolçusu hesab edilib. Bu dəfə Messi ikinci, Noyer isə minimal fərqlə üçüncü yeri tutub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol