"Barselona"nı Messisiz təsəvvür edə bilmirəm"

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messi haqda önəmli açıqlama verib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun Kataloniya klubundan ayrılmayacağına inandığını deyib:
"Gələcəkdə nələrin baş verəcəyini bilmək olmaz. Ancaq Messinin qarşıdakı illərdə də "Barsa"da oynayacağını düşünürəm. Azarkeşlər də onun buradan ayrılmasını istəmirlər. "Barselona"nı Messisiz təsəvvür edə bilmirəm".
L.Enrike Messi və komandanın bəzi futbolçuları ilə münasibətinin yaxşı olmadığı ilə bağlı iddiaları münasibət bildirib: "Bu cür mübahisələrdən uzaq olmaq istəyirəm. Komanda daxilinda yaxşı mühit yaratmağa çalışırıq”.
Qeyd edək ki, Messi son açıqlamasında gələcək ilə hansı klubda oynayacağını bilmədiyini söyləyib.
İspaniya mətbuatı yazır ki, son vaxtlar Messi ilə Luis Enrike arasında münasibətlər gərgindir.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək