• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" ulduz futbolçularını itirə bilər

"Qarabağ" ulduz futbolçularını itirə bilər
15.01.2015 15:20
"Qarabağ" klubu və azarkeşləri aldıqları üzücü xəbər ilə sarsıldılar.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyə klubları "Qarabağ"ın qol-qanadını qırmağa çox yaxındır.

Belə ki, Muarem Muarem və Leroy Corcun müvafiq olaraq "Əskişəhərspor" ilə "Sivasspor" klublarına transfer olunma söhbəti medianı zəbt edib.

"Qarabağ"ın canlı dirəkləri sayılan bu iki futbolçunun getməsi isə klubda ciddi çatışmazlıq yaradacaq. Hamının düşüncəsi Qurban Qurbanovun bu transferlərin reallaşmasına mane olacağı yönündə olduğu halda, gözlənilənlərin əksi baş verdi. Qurbanov hər iki futbolçunun transferinə razılıq verib, yollarını açdı. Bunu "facebook" sosial şəbəkəsində klubun ən böyük fan-səhifəsində qeyd etdilər.

Artıq Muarem öz facebook səhifəsində "Qarabağ"la yollarını ayırdığını bəyan etdi və öz fanatları ilə belə sağollaşdı: "Sizi unutmayacam, böyük "Qarabağ" tərəfdarları. Bir gün mütləq görüşəcəyik! Həyatımın ən gözəl anlarından biri "Qarabağ" həmişə ürəyimdə olacaq".

Qeyd edək ki, Türkiyə mətbuatı Muaremin ən geci sabah "Əskişəhərsporla" müqavilə bağlayacağını bildirir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol