• $
  • €
  • ₽
  • ₺
  • £

"Atletiko" və “Barselona” 1/4 finala yüksəldi

"Atletiko" və “Barselona” 1/4 finala yüksəldi
16.01.2015 09:57
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, azarkeşlər ötən gecə daha iki qarşılaşmaya şahidlik edib.
 
Belə ki, günün ən maraqlı matçı Madriddə baş tutub. Paytaxtın iki komandası - "Real” və "Atletiko” klubları üz-üzə gəlib. "Visente Kalderon” stadionunda reallaşan ilk görüşdə Dieqo Simeonenin yetirmələri yerli azarkeşləri sevindirdiyi (2:0) üçün növbəti mərhələyə keçmə şansı daha yüksəkdi idi ki, buna da nail olub. Hərəyə 2 top vuran madridlilər meydandan sülhlə ayrılıb. 2:2 hesabı ilə başa çatan oyundan sonra "Kral klubu” turnirlə vidalaşıb.
 
Digər görüşdə isə "Barselona” səfərdə "Elçe” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi ilk qarşılaşmada rəqibini 5 cavabsız qolla məğlub etdiyi üçün, cütün taleyi demək olar ki, həll olunmuşdu. Meydan sahiblərinin bu oyunda "Barsa"ya müqavimət göstərəcəyi, o qədər də inandırıcı görünmürdü. Daha çox gənc futbolçulara üstünlük verən Luis Enrikenin komandası bu dəfə rəqibini 0:4 hesabı ilə məğlub edərək, "Atletiko” ilə birgə adını 1/4 finala yazdırıb.
 
 
İspaniya Kral Kuboku
1/8 finalın cavab oyunları
15 yanvar
"Real" - "Atletiko" - 2:2
Qollar: Ramos, 20, Ronaldo, 54 - Torres, 1; 46
(İlk oyun - 0:2)
 
"Elçe” - "Barselona” - 0:4
Qollar: Matyeu, 21, Roberto, 40, Pedro, 43-pen, Adriano, 90+2
(İlk oyun - 0:5)

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol