• $
  • €
  • ₽
  • ₺
  • £

FİFA prezidenti postuna növbəti namizəd

FİFA prezidenti postuna növbəti namizəd
16.01.2015 10:39
Fransa milli komandasının sabiq yarımmüdafiəçisi David Jinola FİFA prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, seçkiyə qatılmaq üçün Jinola 5 federasiyanın dəstəyini almalı və futbolun inkişafı istiqamətində fəallığını sübuta yetirməlidir.

Daha öncə 47 yaşlı mütəxəssis DÇ-2018-in təşkilatçı ölkə seçimi zamanı İngiltərənin səfiri olub. FİFA prezidenti seçkisində iştirak üçün ərizələr yanvarın 29-dək qəbul olunacaq. UEFA-ya 2007-ci ildən rəhbərlik edən Mişel Platini də fransalıdır.

Qeyd edək ki, David Jinola karyerası ərzində Fransanın PSJ və "Brest", eləcə də İngiltərənin "Aston Villa", "Tottenhem" və "Nyukasl" klublarında çıxış edib. O, ölkə yığmasında 17 oyuna 3 qol vurub. Jinola 1994-cü ildə Fransa çempionu və Liqa Kubokunun, 1993 və 1995-ci illərdə ölkə kubokunun, 1999-cu ildə İngiltərə Liqa Kubokunun qalibi olub. 1994-cü ildə "France Football" jurnalının peşəkar futbolçular arasında keçirdiyi sorğuda Fransanın, 1999-cu ildə isə Peşəkar Futbolçular Assosiasiyasının sorğusunda İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol