Ronaldo: "Atletiko" bəyənilən futbol oynamır"

"Erkən qol buraxdıq və buna görə də qalib gələ bilmədik. Xüsusilə birinci hissədə çox yaxşı oyun nümayiş etdirdik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq şanssız tərəf biz idik. Heç-heçə ədalətli nəticə olmadı. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirik. Çox məyusuq".
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko" ilə bərabərə (2:2) qalaraq mübarizəni dayandırdıqları oyunu şərh edərkən deyib.
Portuqaliyalı hücumçu "Atletiko"nun daha çox müdafiədə oynadığını bildirib: "Atletiko" bəyənilən futbol oynamır. Qol vurduqdan sonra isə ancaq müdafiə olunurlar və boşluqlar yaranan kimi fərqlənməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, komandanın məşqçi və futbolçularına hörmət etmək məcburiyyətindəyik".
K.Ronaldo onu da deyib ki, qazandığı "Qızıl top" mükafatı onu arxayınlaşdırmayıb: "Komandamın uğur qazanması üçün mübarizə aparmağa davam edəcək. Hazırda La Liqada liderik və Çempionlar Liqasında çıxışımızı davam etdirirk. "Qızıl top" qazanacağımı yeni ildən iki həftə öncə anlamışdım".
Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə əsasən (1:3, 2:2) İspaniya kubokunda mübarizəni dayandırıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək