Teymur Rəcəbovdan növbəti qələbə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess” superturnirində 8-ci turun oyunları oynanılıb.
ANN.Az "Report”a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov bu turda növbəti qələbəsini qazanıb.
O, polşalı rəqibi Radoslav Voytaşekdən üstün olub - 1:0. Hazırda şahmatçımız 4,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Turnirə norveçli qrossmeyster Maqnus Karlsen liderlik edir. Turnir cədvəlində vəziyyət: Karlsen – 6 xal, Vaşye-Laqrav, So, Din Lijen – 5,5, İvançuk – 5, Rəcəbov, Karuana – 4,5, Voytaşek, Qiri – 4, Aronyan – 3, Xou İfan, Şariç – 2,5, van Veli – 2, Cobava – 1,5.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək