Foqtsun Azərbaycan millisindən getməsinin səbəbi bilindi

Berti Foqtsun Azərbaycan yığmasından ayrılmasının əsl səbəbi məlum olub.
ANN.Az Apasport.az-a istinadən xəbərverir ki, təcrübəli məşqçi sağlamlığı ilə bağlı problemlə üzləşdiyi üçün yığmamızla yolları ayırıb.
Belə ki, bu günlərdə Almaniyanın Tübingen klinikasında ürəyindən əməliyyat olunan Foqtsun damarına stendlər yerləşdirilib. Bir neçə gün xəstəxanada qalmalı olan 69 yaşlı məşqçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi hər şey qaydasındadı. Amma son 3-4 ay ərzində ürəyimlə bağlı problem yaşayırdım. Bilirdim ki, ürək damarlarımdan biri süni damarla əvəz olunmalıdı. Buna görə də, əməliyyata hazır idim”.
Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb. Onun millimizlə 2016-cı ilin sonuna kimi müqaviləsi olsa da, qarşılıqlı razılıq əsasında sözləşməsinə xitam verilib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək