Sneyder “Yuventus”u istəyir

FİFA meneceri Marko Materatsi "Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyderin "Yuventus”a keçə biləcəyini deyib.
ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, italiyalı jurnalistlərə açıqlama verib.
Materatsi bildirib ki, Sneyder "Yuventus”da oynamaq istəsə də İstanbul nəhəngi onu buraxmaq istəmir: "Sneyderlə görüşdüm. O, İtaliyaya qayıtmağa razıdır. Sadəcə "Qalatasaray” onu buraxmaq fikrində deyil. Hollandiyalı futbolçu klub rəhbərliyi ilə görüşüb bu məsələni müzakirə edəcək”.
Turin klubunun baş məşqçisi Massimiliano Alleqri də dünən "Verona” üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra Sneyderlə bağlı məsələyə toxunub. Çalışdırıcı qeyd edib ki, "Qalatasaray”ın razılığını almaq çətindir: "Biz onu istəyirik. Amma türk klubu buna icazə versə”.
Qeyd edək ki, Sneyder 2 həftə öncə öz "Tvitter” hesabında "Qalatasaray” azarkeşlərinə səslənərək "ikinci yarıda 4-cü ulduzu taxmaq üçün bizə kömək olun” deyə müraciət etmişdi.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək