Messi fikrindən daşındı

"Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın məsləhətindən sonra Lionel Messi "Barselona”dan ayrılmaq fikrindən daşınıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, "Barselona”nın sabiq çalışdırıcısı Messiyə zəng vuraraq ona "Barselona”da qalmağa inandıra bilib.
Söhbət zamanı Qvardiola Messiyə "Barselona”nın onun karyerasına və şəxsi həyatına verdiyi töhvəni xatırladıb. Eyni zamanda bildirib ki, o, heç bir klubda "Barselona”dakı dəstəyi görə bilməz və hazırkı səviyyədə çıxış etməsi mümkün deyil.
Qeyd edək ki, son günlər baş məşqçisi Luis Enrike ilə münasibətlərinin gərgin olması səbəbindən argentinalı hücumçunun "Barselona”dan ayrılacağı iddia olunurdu.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək