Məşhur futbolçu karyerasını başa vurdu

Futbol üzrə Fransa millisinin heyətində 1998-ci ildə Dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olan hücumçu David Trezege karyerasını başa vurub.
"Report" xəbər verir ki, 37 yaşlı forvardın sonuncu klubu Hindistanın "Puna Siti" kollektivi olub.
O, milli komandanın heyətində cəmi 71 oyun keçirib və 34 dəfə fərqlənib. Forvard Avro-2000-nin finalında komandasının qələbə topunu vurub. Futbolçu, həmçinin Fransa ("Monako"nun heyətində) və İtaliya ("Yuventus" ) çempionu olub. Trezege Turin klubunda keçirdiyi 245 matçda 149 qola imza atıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək