• $
  • €
  • ₽
  • ₺
  • £

"Atletiko”da “Land of fire Azerbaijan”a daha bir rəqib

"Atletiko”da “Land of fire Azerbaijan”a daha bir rəqib
21.01.2015 12:43
Çinin "Dalian Vanda" şirkətinin sahibi Van Çyanlin "Atletiko"nun səhmlərinin 20 faizini alıb.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, tərəflər arasında Pekində imzalanan müqaviləyə əsasən, "Dalian Vanda" buna görə Madrid klubuna 45 milyon avro ödəyəcək.

Müqaviləyə uyğun olaraq, Çində 3 futbol məktəbi açılacaq və "Atletiko" bu il Çinə səfər edəcək. Şirkət Madriddə Çin futboluna dəstək məqsədilə 34 milyon dollar ayıracaq. Bu layihəyə əsasən, 2017-ci ilə qədər 180 perspektivli çinli futbolçu İspaniyada hazırlıq keçəcək.

Qeyd edək ki, Çyanlin Çinin ikinci ən varlı adamıdır. Onun sərvətinin təqribən 18 milyard dollar olduğu bildirilir. Xarici mətbuatın yazdığına əsasən, Van Çyanlinin rəhbəri olduğu "Dalian Vanda” şirkəti gələcəkdə "Atletiko”nun forma sponsoru da ola bilər.

Hazırda "Atletiko”nun əsas titul sponsoru Azərbaycan tərəfidir. Komanda 2013-cü ilin əvvəlindən oyunlara üzərində "Land of fire Azerbaijan” yazılan formalarla çıxır. Bu, "Atletiko” ilə "Bakı” klubları arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

 "Atletiko” ilə "Bakı” arasında müqavilənin müddəti 2014/15 mövsümünun sonunda (bu ilin may ayının sonu) başa çatır.

Əlavə edək ki, son aylar "Bakı” klubunda ciddi maliyyə problemləri müşahidə olunur. Əgər tərəflər yaxın aylarda müqavilənin müddətini uzatmasa, o zaman "Atletiko”nun forma məsələsində də "Dalian Vanda" ilə əməkdaşlıq etmək ehtimalı böyükdür.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol