• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ”a şad xəbər

“Qarabağ”a şad xəbər
22.01.2015 10:58
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ”  ikinci yoxlama oyununu keçirib.

 ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini İsveçrə klubu ilə oyunda sınayıb.

Belə ki, "Qarabağ” "Süriх”lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Qarabağ”ın qoluna 81-ci dəqiqədə penaltidən zədəsini yeni sağaldan Reynaldo Silva imza atıb.

Qeyd edək ki, "Süriх” klubu 1896-cı ildə yaradılıb. 119 yaşlı klub 12 dəfə İsveçrə çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, 1963/64 və 1976/77 mövsümlərində Çempionlar Liqasının yarımfinalında oynayıb. Hazırda Urs Meyerin başçılıq etdiyi komanda qış fasiləsinə ikinci pillədə yollanıb.

"Qarabağ” Antalyadakı ilk yoxlama oyununda Xorvatiyanın "RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanov yetirmələrini yanvarın 24-də "Levski” (Bolqarıstan), 27-də "Legiya” (Polşa), 29-da "Mordoviya” (Rusiya), 31-də "Tarqu Mureş”lə (Rumıniya) oyunda sınayacaq.

Antalya
Yoхlama oyunu
21 yanvar


"Qarabağ” (Azərbaycan) – "Süriх” (İsveçrə) 1:1
Qollar: Reynaldo Silva, 81-pen - Marko Şkonbaxler, 45.

Qarabağ: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Vüqar Nadirov, Muarem Muarem, Cavid Tağıyev.

(Namiq Yusifov, İlqar Qurbanov, Danilo Dias, Admir Teli, Şəhriyar Əliyev, Fuad Məmmədzadə, Reynaldo Silva və Tural Rzayev ikinci yarıda meydana çıxıb).

Sürix: Antoni Favre, Niko Elvedi, Alain Nef, Filip Koç, Simonyan, Burim Kukeli, Kristian Şkneuvli, Marko Şkonbaxler, David Çiumiento, Asmir Kayeviç, Armando Sadiku.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov.
"İC Santai” otelinin meydançası.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol