“Mançester Yunayted”in stadionunu siçanlar basdı

Ingiltərədə "Mançester Yunayted”in ev stadionu "Old Trafford”u siçanlar basıb. Məlumatı "The Daily Mail” yayıb.
Nəşrin jurnalistləri stadionun ot örtüyündə və başqa qurğularında siçanların olduğunu müşahidə ediblər. "Old Trafford”un idarəçiləri problemdən xəbərdar olsa da, gəmiricilərin qarşısını almaqda çətinlik çəkir. Çünki, stadionun bəzi hissələri çox köhnədir və siçanlar üşün etibarlı sığınacağa çevrilib.
Stadionu indiyədək bir neçə dəfə siçanlar basıb. 2006, 2010 və 2012-ci illərdə problem daha ciddi olub (musavat.com).
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























