Vaqif Cavadov "Boluspor"da
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin "Boluspor" klubuna keçib.
ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı hücumçunun atası Füzuli Cavadov məlumat verib.
Onun sözlərinə görə, oğlu "Qaziantep BB" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdıqdan sonra I Liqanın digər təmsilçisi ilə yarım illik müqavilə imzalayıb. Anlaşma tərəflərin istəyi ilə yayda daha bir il uzadıla bilər.
Qeyd edək ki, "Boluspor" hazırda Türkiyə I Liqasında 16 turdan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb. Vaqif Cavadov "Qaziantep BB"də çıxış etdiyi vaxt qollarından birini məhz bu komandaya vurub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























