• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəbələ” klubuna yeni futbol direktoru təyin olunub

“Qəbələ” klubuna yeni futbol direktoru təyin olunub
22.01.2015 21:21
"Qəbələ” İdman Klubunda yeni təyinat rəsmiləşib. 

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub.

Böyük britaniyalı futbol veteranı bundan sonra "Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək. İngiltərə millisində və "Arsenal”dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək "qırmızı-qaralar”ın "sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.
 
Mütəxəssis yeni təyinatı ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb: "Qəbələ”yə baş məşqçi kimi gələndə bir müddət çalışıb komandanı müəyyən mərhələyə qədər inkişaf etdirdik. Həmin vaxt diqqətimi əsasən klubun meydançada və ondan kənardakı sahəsində inkişafına yönəltmişdim. Ardınca işimdən ayrılsam da, bir müddət sonra klubun prezidenti məni dəvət edib, özünün müşaviri vəzifəsinə təyin etdi. Bu müddətdə həm əsas komandanın oyunlarını, akademiyanın fəaliyyətini izləyir, onların inkişaf proqramı haqda fikirlərimi klub rəhbərinə hesabat şəklində təqdim edirdim. Müşavir vəzifəsindən futbol direktorluğuna keçmək, təbii ki, komandayla daha sıx əlaqədə olmaq, akademiyanın işini meydançada görmək, infrastrukturu inkişaf etdirmək mənasına gəlir. Əvvəl daha çox məsləhətçi qismində çalışırdımsa, indi öz təcrübəmi bölüşməklə yanaşı, görülən işlərə görə həm də məsuliyyət daşıyıram. "Qəbələ”yə, Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu. Əminəm ki, klubun inkişafına kömək edə biləcəm”.
 
Adams yeni vəzifəsindəki ilk günlərindən danışıb: "Bu gün artıq nəticələri görməyin vaxtıdır. Çünki arxada qalan müddətdə böyük dəyişikliklərin olduğunu hiss edirəm. İndi komandaya Roman Qriqorçuk kimi yüksək səviyyəli baş məşqçi dəvət olunub. Onun baş məşqçi təyin olunması əla seçim idi. Hazırkı dövrdə yeni baş məşqçi ilə birgə çalışıb, ona dəstək olacağam. Qriqorçukun keçdiyi məşq proseslərini izləmişəm. Ukraynalı mütəxəssis komandanı yüksək səviyyədə hazırlayır. Antalya toplanışında mənim əsas işim məşqçiyə dəstək olmaq, komandanın inkişafına kömək etməkdir. Nəticəni isə mövsümün sonunda görəcəyik. Sözsüz ki, klubun əvəzedici heyətinin və futbol akademiyasının da işini diqqətdə saxlayıram”.
 
Adams mövsümün ikinci yarısına hazırlaşan "qırmızı-qaralar”ın avrokubok şanslarını dəyərləndirib: "Məncə, mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq. Belə bir məşqçi ilə komanda liderlər sırasında olmalı, ilk 4 pillədən birini tutmalıdır. Çempionat da sona qədər mübarizə edəcəyik və kifayət qədər ciddi rəqiblərimiz var. Amma bizim də yaxşı heyətimiz var. Qriqorçuk kimi baş məşqçi ilə avrokuboklardan kənar qalmağımız da inandırıcı gəlmir”.
 
"Qəbələ”nin futbol direktoru qeyd edib ki, yeni məşqçilər korpusu ilə birlikdə klubda bir sıra addımlar atacaqlar: "Heyətlə bağlı çalışmalarda olduqca diqqətli davranmalıyıq. Seleksiya işində səhvə yol vermək olmaz. Toplanış başa çatdıqdan sonra növbəti mövsüm üçün oyunçu seçiminə başlayacağıq və bu proses may ayına qədər davam edəcək. Qriqorçukla birlikdə çalışıb, komandanı irəli apara bilərik. "Qəbələ”də struktur, gənclərlə, əsas komandayla iş, bir sözlə hər şey yüksək səviyyədədir. Klubun prezidenti, vitse-prezidenti, baş meneceri və mən hamımız birgə baş məşqçiyə dəstək olmalıyıq. Təbii ki, klubda meydançadan kənar fəaliyyətlərlə də məşğul olacağıq. Klubun bütün departamentləri ilə birgə işləyəcəyik. Fikrimcə, hazırda klubun növbəti inkişaf mərhələsinə qədəm qoyuruq və hazırkı kollektivlə bərabər bizi uğurlu bir dönəm gözləyir”.
 
Qeyd edək ki, "Qəbələ”yə qədər vətənində "Uikomb” və "Portsmut” klublarını çalışdıran Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun "Arsenal”ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 matç keçirib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol