• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" mənə zamanında qucaq açmış komandadır"

"Qarabağ" mənə zamanında qucaq açmış komandadır"
23.01.2015 15:06
"Məşqlərimiz yaxşı gedir. Əlimdən gələni edirəm ki, əvvəlki formamı bərpa edim. Yoxlama oyununda İsveçrə "Sürix"inə qol vurduğum üçün çox sevindim".

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo Silva deyib.

Braziliyalı hücumçu bildirib ki, zədəli olduğu üçün uzun müddət komandasının oyunlarını kənardan izləmək onu çox məyus edib:

"Amma "Qarabağ” mən olmayanda da yaxşı oyun nümayiş etdirdi. Komandamın oyununu kənardan izləmək məni məyus edirdi. Belə matçlar çox olub. Amma ən çox Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"ə qarşı görüşdə üzüldüm. Çünki stadionda yaxşı mühit var idi və komandamın ən vacib oyunu idi".

Reynaldo "Qarabağ"dan ayrılmağı düşünmədiyini də qeyd edib: "Qarabağ" mənə zamanında qucaq açmış komandadır. Onların bu sevgisi davam edənə kimi komandada qalacam".

Reynaldonun sözlərinə görə, əsas məqsədi qol vurub komandasını çempion etməkdir:

"Bunun üçün öz oyunumu bərpa edib əlimdən gələni əsirgəməyəcəm. Biz yenidən Avropa meydanlarında mübarizə aparmaq istəyirik".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol