"Real"a transfer qadağası qoyula bilər

"Barselona"dan sonra "Real"a da transfer qadağası qoyula bilər.
Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Madrid klubunun 18 yaş və daha aşağı yaşlı futbolçularının transferlərində bəzi qaydaları pozduğu iddia edilib. Bununla bağlı FİFA artıq araşdırmalara başlayıb.
Qeyd edək ki, bundan əvvəl "Barselona" 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyi üçün FİFA kluba iki transfer dönəmində oyunçu almağı qadağan edib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























