• $
  • €
  • ₽
  • ₺
  • £

Alman futbolçu islamı qəbul etdi

Alman futbolçu islamı qəbul etdi
26.01.2015 16:08
Almaniyanın "Nürnberg" komandasının yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib.
 
ANS-in məlumatına görə, alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. Alman mətbuatının yazdığına görə, o, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.
 
Futbolçunun özü isə İslam dininə keçməsi haqqında suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub. "Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və İslam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram", - deyə futbolçu bildirib.
 
Futbolçu həmçinin qeyd edib ki, İslam barış dinidir. "Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".
 
Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan "Bu, sənin öz seçimindi" deyib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol