"Messi" Maradona və Kroyffdan da üstündür"

"Messi gördüyüm futbolçular arasında ən güclüsüdü. Onun tayı-bərabəri yoxdu”.
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona”nın əfsanəvi futbolçusu Marsial Pina deyib.
1969-1977-ci illərdə Kataloniya klubunun formasını geyinmiş keçmiş yarımmüdafiəçi maraqlı fikir səsləndirib. O, Messini əfsanəvi futbolçular Dieqo Maradona və Yohan Kroyffdan da üstün tutduğunu qeyd edib: "Messinin hərəkətləri mükəmməldi. Onun oyununa baxmaq insana zövq verir. Çalışıram ki, Leonun iştirakı ilə keçirilən matçları buraxmayım. Mənə görə, Maradona və Kroyff ikisi birlikdə belə Messiyə tay ola bilməz”.
Qeyd edək ki, Messi bu vaxta qədər 4 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək