Beyldən "Mançester Yunayted" açıqlaması

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Qaret Beyl "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan uelsli futbolçu özünü "Mançester Yunayted"in oyunçusu kimi təsəvvür etmədiyini deyib:
"Özümü "Mançester Yunayted"in futbolçusu kimi təsəvvür etmirəm. Müsahibələrimin birində özümü "Real"da çox xoşbəxt hiss etdiyimi bildirdim. "Real"la uzun müddətli müqaviləm var və klubda işlərim yaxşı gedir. Ötən mövsüm kuboklar qazandım və bu uğuru davam etdirmək istəyirəm".
Qeyd edək ki, Beyl 2013-cü ildə "Tottenhem"dən "Real" (Madrid) klubuna transfer olunub.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək