• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünya çempionatında oynamaq istəyirəm" - Eddi İsrafilov

"Dünya çempionatında oynamaq istəyirəm" - Eddi İsrafilov
28.01.2015 17:46
"Qranada" klubu və Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinə müsahibə verib.

Qol.Az-ın məlumatına görə, İspaniyadakı həyatı, hədəfləri, Azərbaycan millisini seçməsinin səbəbləri haqda danışan 22 yaşlı futbolçu digər sualları da cavablandırıb. 


- Qranadada həyat necə keçir?

- Əla. Burada çox xoşbəxtəm. Qranada yaxşı və müasir şəhərdir. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də, səbirli olmalı və gözləməliyəm.
 
- Sabiq baş məşqçin Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsən?

- Onun gedişi gözlənilməz oldu. Kaparros mükəmməl insandır. Məhz onun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.
 
- Dörd il ərzində bir çox stadionda, həmçinin "Nou Kamp”da oynamaq sizə qismət oldu. Bunu gözləyirdin?

- Arzum reallaşdı. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?
 
- Növbəti hədəfiniz nədi?

- İspaniya La Liqasında çempion olmaq və dünya çempionatında oynamaq istəyirəm.
 
- "Real”a qarşı oynamaq yaxşıdır, yoxsa "Barselona”ya?

- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. "Real” və "Barselona”ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdir.
 
- Qarşıdan "Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsən?

- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.
 
- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.
 
- Digər ölkələrdən təklif almısanmı? Karyeranı hansı ölkədə davam etdirmək istəyirsən?

- İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Lakin "Qranada" mənim La Liqada oynamağım üçün çox səy göstərdi. Gələcəkdə İspaniyadan kənarda da oynamaq istəyirəm.
 
- Niyə Azərbaycan millisini seçdin?

- Anam azərbaycanlıdır və orada məni yığmada görməyi çox istəyirdilər. Buna görə Azərbaycanı seçdim.

- Azərbaycan yığmasının heyətində debüt matçını hansı komandaya qarşı keçirmək istərdin?

- İspaniyaya. Çünki bu komandadan mənə təklif gəlmədi. Amma onlarla qarşılaşmağımız imkansız görünür. Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracam.

- "Mursiya" ilə 2017-ci ilə qədər müqavilən var. Yenidən ora qayıdacaqsan?

- Mən "Qranada"da çox xoşbəxtəm və uzun illər burada oynamaq istəyirəm.

Qol.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol