Qabi qırmızı vərəqə almasının səbəbini açıqladı

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Qabi "Barselona" ilə kubok matçında qırmızı vərəqə almasının səbəbini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan komandanın kapitanı hakimin qərarını müzakirə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığını bildirib:
"Fasildə hakimə "həmin epizodda penalti və qırmızı vərəqə verilməli idi. Videotəkrara bax və səhv etdiyinə əmin ol" dedim. Bu sözlərimdən sonra referi mənim oyundan qovulduğumu söylədi. Belədə biz 10 nəfərlə qaldıq və uduzduq. Təbii ki, hər kəs səhv edə bilər. Ancaq biz bu səhvlərdən dərs almalıyıq".
Qeyd edək ki, öz meydanında "Barselona"ya 2:3 hesabı ilə uduzan "Atletiko" kubokda mübarizəni dayandırıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək