• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov: "Reynaldonun durumu ideal deyil"

Rəşad Sadıqov: "Reynaldonun durumu ideal deyil"
29.01.2015 18:04
"Reynaldonun durumu ideal deyil. O, iki ay əvvəl dizindən çox nadir olan zədə aldı. Həkimlər onu çox qoruyurlar. Məşqçilər də Reynaldoya diqqətlə yanaşırlar, tələsmək istəmirlər.  Onun indi tam formada olması qeyri-mümkündür. Çünki bütün məşqlərdə iştirak etmir. Antalyada cəmi bir-iki məşqdə olub".

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Reynaldonun zədəsinin son durumu haqda danışarkən deyib.

"Reynaldonun hazırda oyun təcrübəsi çox azdır. O, fiziki formasını hələ bərpa etməyib. Topla da rəftarı əvvəlki kimi deyil. Onun yaxşı formada olması üçün vaxt lazımdır.  Fikrimcə, bir aya o, tam formasını bərpa edəcək. Reynaldo elə bir mövqedə oynayır ki, özünü yaxşı tərəfdən göstərməsi üçün ideal formada olmalıdır. Çempionatda Reynaldoya qarşı ciddi oynayırlar" - deyə R.Sadıqov  bildirib.

O deyib ki, hazırda çempionatda "İnter"dən beş xal irəlidə olmalarına baxmayaraq, bu, onlar üçün böyük üstün deyil:

"Çünki ikinci yarıda çempionat hər zaman çətin və ağır keçir. Rəqiblərimiz qış fasiləsindən səmərəli istifadə etdilər. Xüsusilə, "Neftçi", "İnter" və "Qəbələ" klublarının adını çəkmək istərdim. Bu bir daha onu göstərir ki, ikinci yarı çox gərgin keçəcək. Biz sona kimi mübarizə aparacağıq".

"Qarabağ"ın kapitanı Premyer Liqanın 20-ci turunda  qarşılaşacaqları "Bakı" ilə oyun haqda da danışıb:"Səbirsizliklə çempionatın başlamasını gözləyirik. İlk rəqibimiz "Bakı" olacaq. Ancaq "Bakı" bizimlə matçdan əvvəl "Qəbələ" ilə ağır oyun keçirəcək. Çempionata bizdən daha tez başlamaları onların üstünlüyüdür ".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol