Adam Navalka: "Ancaq Prosineçki öz işini aşkarda görürdü”

"Yanvarın 21-dən Türkiyədəyəm. Hər gün oyunlar və müxtəlif futbolçuları izləyirəm. Təbii ki, məni Polşa klubları daha çox maraqlandırır. Onlar Rusiya, Azərbaycan və digər ölkələrin komandaları ilə qarşılaşırlar”.
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Polşa yığmasının baş məşqçisi Adam Navalka deyib.
Polşa klublarının, eləcə də milli üzvlərinin vəziyyətini öyrənmək üçün Türkiyəyə yollanan 58 yaşlı çalışdırıcı ölkəsinin mətbuatına müsahibə verib. Antalyada gördüklərindən söhbət açan Navalka ən işgüzar məşqçilərin sırasında Robert Prosineçkinin də adını çəkib: "Qaldığım oteldə Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki də məskunlaşmışdı. Hamınız onu tanıyırsız. Prosineçki ilə həm oteldə, həm də oyunlar zamanı tez-tez qarşılaşırdıq. Açığı, digər millilərin baş məşqçiləri o qədər də gözümə dəymədi. Bəlkə də, onlar görünməyi çox xoşlamırlar, müşahidələrini gizli aparırlar. Ancaq Prosineçki öz işini aşkarda görürdü”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























