• $
  • €
  • ₽
  • ₺
  • £

"Lans"a ağır cəza - Liqadan çıxarılır

"Lans"a ağır cəza - Liqadan çıxarılır
29.01.2015 22:59
2014/15 mövsümü yekunlaşdıqdan sonra azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans” klubu Fransa ikinci liqasına göndəriləcək.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb.

Məhkəmə digər Fransa klubu – "Soşo”nun iddiası əsasında, "Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib. 

Qərarda qeyd olunub ki, "Lans”n büdcəsi Fransa birinci liqasının tələblərinə cavab verməyib. Buna baxmayaraq,  komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm birinci liqada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən ikinci liqada oynamalıdır.

Qeyd edək ki, "Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikici yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. "Lans”dan şikayətçi olan "Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə "Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu "Soşo” əvəz edəcəkdi.

Qeyd edək ki, hələlik Fransa Futbol Federasiyası "Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.

Əlavə edək ki, 22 turdan sonra "Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına "Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol