Mourinyonun menecerindən gözlənilməz açıqlamalar

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyonun meneceri Joze Mendes portuqal məşqçinin komandada ən az 10 il qalacağını bildirib.
ANN.Az cnnturk.com-a istinadən xəbər verir ki, Mendes ingilis mətbuatına açıqlamasında bildirib ki, "Mançester Yunayted"in əvvəlki baş məşqçisi Aleks Ferqüson haqqında müsbət fikirlər söyləyib.
Mendes Ferqüson haqqında danışarkən deyib: ""Mançestr Yunayted"də Ferqüsonun yeri əvəzsizdir və belə bir insan tez-tez tapılmaz. Və o hal - hazırda "Mançestr Yunayted"də olsaydı, bu mövsüm liqada ən az 12 və ya 15 xal daha çox toplamış olardı".
Mourinyonun meneceri Joze Mendesin fikirlərinə görə, hazırda isə İngiltərədə "dahi" xüsusiyyətlərinə sahib yalnız bir baş məşqçi var: "O adam da Joze Morinyodur. Fikrimcə, "Mourinyo Çelsidə qalmağa davam edəcək və klubun "Aleks Ferqüsonu" olacaq. Çelsidə qalmağının əsas səbəbi isə tərəfdarlarını və şəhəri çox sevməsidir və ən az 10 il daha orada qalacağını düşünürəm."
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























