"Nou-Kamp"ın adı dəyişdirilir

"Barselona" klubunun ev oyunlarını keçirdiyi "Nou-Kamp" stadionunun adı dəyişə bilər.
Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, bunun Kataloniya təmsilçisinin Qətərin "Qatar Airways" aviaşirkəti ilə müqavilə imzalamasından sonra baş tutacağı iddia olunur.
"Şirkətimizlə əməkdaşlıq müddətində istənilən sürpriz ola bilər. Onlardan biri də "Nou Kamp" stadionunun adının dəyişməsi ilə bağlıdır" - deyə "Qatar Airways" şirkətinin icraçı direktoru Əkbər Əl-Baker deyib.
Qeyd edək ki, bir müddət öncə "Barselona"nın əzəli rəqibi "Real" (Madrid) klubunun da ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" arenasının adının dəyişdiriləcəyi məlum olub. Madrid təmsilçisinin yeni stadionu "Abu-Dabi Bernabeu" adlanacaq.
Xatırladaq ki, "Nou-Kamp" stadionu 1957-ci ildə inşa olunub. 99354 min tamaşaçı tutumuna malik stadion bu göstəricidə Avropanın ən nəhəng arenasıdır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























