"Real"da növbəti itki

"Real" İspaniya La Liqasında fevralın 7-i keçiriləcək "Atletiko"ya qarşı matçda daha bir ciddi itki ilə çıxacaq.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, komandanın braziliyalı yarımmüdafiəçisi Marselo sözügedən qarşılaşmanı buraxacaq. Buna səbəb onun sarı vərəqə limitini doldurmağıdır.
"Sevilya" ilə oyunda sarı vərəqə ilə cəzalanan Marselo Madrid derbisində oynamaq şansını itirib.
Qeyd edək ki, "Real"ın digər futbolçuları Serxio Ramos zədələndiyi, Xames Rodriqesin ayağı qırıldığı üçün "Atletiko"ya qarşı matçı buraxacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























